Ordu.az xəbər verir ki, bu, Qırğızıstan Prezidenti Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
Sadır Japarov xatırladıb ki, həmin dövrün mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq bir sıra vacib məsələlər müzakirə edilmişdi:
"Bu, şübhəsiz, qardaşlıq və onun daha da möhkəmləmdirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı".
Prezidentin sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar Türk xalqlarının dünyaya inteqrasiyasına töhfə verib.
Ordu.az