Ordu.az xəbər verir ki, bu barədə Delfi portalı Latviyanın Baş naziri Andris Kulberqsin Latqale hərbi bazasına səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Baş nazir bildirib ki, Latviya ilə Ukrayna arasında hərbi sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Latviya sərhədində birgə PUA istehsalı zavodunun yaradılması planlaşdırılır.
Kulberqs əlavə edib ki, Latviya sərhəddə görünən PUA-lara qarşı xüsusi PUA-tutucu sistemlərdən istifadə etməyi nəzərdə tutur. Onun sözlərinə görə, bu yanaşma hər dəfə PUA təhlükəsi yarandıqda aviasiyanı havaya qaldırmağa ehtiyacı aradan qaldıracaq.
Sevinc Əliyeva
Ordu.az