Rövşən Rzayev vətəndaş qəbulu keçirib - FOTOLAR

2025/06/fb0d9-1750767457.jpg
Oxunub: 338     15:54     24 İyun 2025    
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 24-də vətəndaşların növbəti qəbulunu keçirib.

Bu barədə Ordu.az-a Dövlət Komitəsindən məlumat verib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Dövlət-Komitəsi   Qəbul  


Bizi "telegram"da izləyin