Bu barədə
Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Səfər çərçivəsində QDİƏT PA 65-ci plenar sessiyasının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gələrək hava limanı ilə tanış olublar, Füzuli şəhərində Baş plana uyğun olaraq həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumatlandırılıblar.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad edildikdən sonra burada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və görüləcək işlər barədə məlumat veriblər. Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şəhər meydanı ilə davam etdirilib. Burada onlara güllələnmiş heykəllərin hekayəsi danışılıb. Sonra qonaqlar Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, şəhərin qala divarları ilə tanış olublar, “İsa bulağı”na baş çəkiblər.
QDİƏT PA 65-ci plenar sessiyasının iştirakçıları Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.
Ordu.az xəbər verir ki, nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.
Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayaraq burada Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.
Nümayəndə heyətinin üzvləri Xankəndidə Zəfər meydanını gəziblər, onlara şəhərdə yaradılacaq Zəfər muzeyi, tikintisi tamamlanmaqda olan Konqres zalı və digər layihələr barədə məlumat verilib.
Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər.
***
İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərində olublar.
Bu barədə
Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonaqları qarşılayan Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad edildikdən sonra burada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və görüləcək işlər barədə məlumat veriblər.
Cıdır düzünə gələn qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğadan azad etmələri barədə məlumat verilib.
Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şəhər meydanı ilə davam etdirilib. Burada onlara güllələnmiş heykəllərin hekayəsi danışılıb.
Sonra qonaqlar Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, şəhərin qala divarları ilə tanış olublar, “İsa bulağı”na baş çəkiblər.
Nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçıları Qarabağa səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərinə gəliblər.
Ordu.az xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən şəhər meydanı, Qala divarı və Cıdır düzü ilə tanış olacaq.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb.
Ordu.az-ın verdiyi məlumata görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Qonaqlara Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılar, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə bağlı məlumat verilib.
Ordu.az