Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə olublar - FOTOLAR

2025/06/whats-1750070449.jpg
Oxunub: 499     14:34     16 İyun 2025    
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları bu gün Xankəndi şəhərinə səfər edib.

Bu barədə Ordu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.

Konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər. Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə də tanış olublar. Daha sonra Qarabağ Universiteti də ziyarət olunub.

Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xankəndi   Səfər  


Bizi "telegram"da izləyin