SOCAR şəhid əməkdaşlarının övladları üçün bayram tədbiri təşkil edib - FOTOLAR

2025/06/72824-1749293427.jpg
Oxunub: 496     14:45     07 İyun 2025    
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban bayramı münasibətilə tədbir keçirib.

Ordu.az SOCAR-a istinadən xəbər verir ki, tədbir korporativ sosial məsuliyyət strategiyası çərçivəsində və ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə şirkətin baş ofisində təşkil olunub.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş və Şəhidlik zirvəsinə ucalmış SOCAR əməkdaşlarının 7–12 yaşlı övladları iştirak ediblər. Onlar üçün əyləncəli proqram hazırlanıb, müxtəlif hədiyyələr təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: SOCAR   Şəhid  


Bizi "telegram"da izləyin