Tramp NATO-nun birləşmiş qüvvələrinə yeni baş komandan təyin edib

2025/06/1749135711.jpg
Oxunub: 441     18:08     05 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçi NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı, həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilib.

"General-leytenant Aleksus Qrinkeviç NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Baş komandanı və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edilib", - bəyanatda qeyd olunub.

Təyinat alyansın dəstəyi ilə təsdiqlənib.

Hazırda A.Qrinkeviç Pentaqonda Birləşmiş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə direktoru vəzifəsini tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin