Yapon kosmik gəmisi iyunun 5-i Aya enməyə hazırlaşır

2025/06/1749100903.jpg
Oxunub: 337     09:20     05 İyun 2025    
Yaponiyanın "Hakuto-R M2" kosmik modulunun Bakı vaxtı ilə iyunun 5-i Ay səthinə yumşaq eniş etməsi planlaşdırılır.

Ordu.az-ın məlumatıma görə, bu barədə "iSpace" istehsalçı şirkəti xəbər verib.

Qurğunun Bakı vaxtı ilə saat 23:17-də Ayın şimalına Soyuq Dəniz bölgəsinə enməsi planlaşdırılır. O, Yerin təbii peykinin səthinə beş kiloqramlıq "Tenacious" mini-ay roverini və elmi tədqiqatların aparılması üçün avadanlıq çatdıracaq.

Gözlənilməz texniki hallar baş verdikdə, enmə yeri və vaxtı dəyişdirilə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Hakuto-R-M2   Ay  


Bizi "telegram"da izləyin