Ordu.az xəbər verir ki, texnologiya dünyasının tanınmış simalarından biri olan Palmer Laki uzun fasilədən sonra keçmiş işəgötürəni – "Meta" (əvvəlki adıyla "Facebook") ilə gözlənilməz əməkdaşlığa imza atıb.
Lakinin müdafiə texnologiyası startapı "Anduril" ABŞ ordusu üçün qabaqcıl qarışıq reallıq (XR) cihazlarını inkişaf etdirmək məqsədilə "Meta" ilə işləyəcəyini açıqlayıb. Elan mayın 30-da "Anduril"in rəsmi bloq səhifəsində paylaşılıb.
"Anduril"in qurucularından biri olan Laki əməkdaşlıq barədə deyib: "Meta" ilə yenidən işləmək xoşdur. Uzun müddət mənim məqsədim döyüşçüləri yüksək texnologiyadan ustalıqla istifadə edən mütəxəssislərə çevirmək olub. "Meta" ilə inkişaf etdirdiyimiz məhsullar isə məhz bu məqsədə xidmət edir".
Bu tərəfdaşlıq ABŞ ordusunun "Soldier Borne Mission Command (SBMC) Next" proqramı əsasında qurulur.
Sevinc Əliyeva
Ordu.az