ABŞ Şimal Komandanlığının məsuliyyət zonasına Qrenlandiyanı da daxil edəcək

2025/06/1748928194.jpg
Oxunub: 471     09:21     03 İyun 2025    
ABŞ Müdafiə Nazirliyi Qrenlandiyanı Silahlı Qüvvələrin Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Qrenlandiya artıq bu həftə Avropa Komandanlığının (EUCOM) nəzarətindən çıxarıla bilər.

Nəşr yazır ki, bu qərar Danimarkanın və NATO-dakı ABŞ müttəfiqlərinin narazılığına səbəb ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimal-Komandanlığı   Qrenlandiya  


Bizi "telegram"da izləyin