KİV: Aİ G7 sammitinə qədər Rusiya əleyhinə yeni sanksiyalar hazırlaya bilməyəcək

2025/02/1739641157.jpg
Oxunub: 376     06:27     03 İyun 2025    
Avropa İttifaqı (Aİ) ölkələri, çox güman ki, ABŞ-nin ümid etdiyi kimi, 15-17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin sammitinədək Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlamağa macal tapmayacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə “EUObserver” portalı adı açıqlanmayan Avropa diplomatlarına istinadən məlumat yayıb.

“Biz hətta 18-ci sanksiya paketi üçün hüquqi mətnləri almamışıq, buna görə də iki həftə ərzində razılaşmaya nail olmaq çox iddialı görünür", - portal diplomatlardan birinin sözlərini gətirir.

Digər mənbələr ehtimal ediblər ki, yeni sanksiya paketi yalnız ayın sonuna qədər hazır ola bilər, Aİ səfirləri isə ABŞ təşəbbüsünü iyunun 4-də Brüsseldə qapalı görüşdə müzakirə etmək niyyətindədirlər.

Portal qeyd edir ki, ABŞ senatorları tərəfindən təklif edilmiş qanun layihəsi, o cümlədən Avropa ölkələrinə də ziyan vura bilər, çünki Rusiyadan qaz alan ölkələrdən ABŞ-yə idxal olunan mallara 500 faizlik rüsumların tətbiqini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   G7   Rusiya  


Bizi "telegram"da izləyin