Yaponiya adaların müdafiəsi üçün yeni sistemlər təqdim edib

2025/05/896-1748668990.jpg
Oxunub: 399     11:29     03 İyun 2025    
Yaponiyanın müdafiə naziri Gen Nakatani ölkənin uzaq adaların müdafiəsi üçün hazırlanmış yeni müdafiə sistemlərinə baxış keçirib.

Ordu.az xəbər verir ki, Nakatani Şizuoka prefekturasındakı Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (JGSDF) Fuji Qarnizonunu ziyarət edib və uzaq adaların müdafiəsi üçün hazırlanmış yeni müdafiə sistemlərinə baxış keçirib.

İlk dəfə ictimaiyyətə təqdim edilən bu sistemlər arasında yeni raket buraxılış qurğusu və avtomobilə inteqrasiya olunmuş 120 mm-lik minaatan sistemləri yer alıb.

“Defence Blog”un məlumatına görə, Yaponiyanın cənub-qərbindəki adaların müdafiəsi üçün istifadəyə verilməsi planlaşdırılan bu sistemlər dar coğrafiyalarda hərəkətliliyi və atəş gücünü artırmağı hədəfləyir.

Bu çərçivədə təqdim edilən sistemlər arasında yüksək hərəkət qabiliyyəti ilə sürətli atəşi təmin edən 8×8 zirehli avtomobilə inteqrasiya olunmuş 120 mm-lik minaatan sistemi və əks-hücum qabiliyyətinə malik raketləri daşıya bilən logistik platformalar önə çıxır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, bu sistemlərin ilk dəfə ictimaiyyətə nümayişi Tokio hökumətinin regional dəniz təhlükəsizliyi kontekstində çəkindirmə qabiliyyətini artırmaq səylərinin göstəricisi hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   JGSDF  


Bizi "telegram"da izləyin