ABŞ-nin “Quarterhorse Mk 1” PUA prototipi ilk uçuşunu həyata keçirib

2025/05/1748667939.jpg
Oxunub: 394     10:56     03 İyun 2025    
Yüksək sürətli uçuş texnologiyalarına diqqət yetirən ABŞ-nin aerokosmik startapı “Hermeus” operativ hipersəs təyyarələrinə yol açmaq üçün nəzərdə tutulmuş “Quarterhorse Mk 1”in uğurlu ilk uçuşunu elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İstehsalçı “Hermeus” tərəfindən verilən məlumata görə, “Quarterhorse Mk 1” cəmi 1 il ərzində hazırlanıb.

“Hermeus”un baş direktoru və həmtəsisçisi Ey Cey Piplika verdiyi açıqlamada qeyd edib:

“Mk 1” istehsal sürətini yenidən təyin etdi. Biz təkrarlanan inkişaf yanaşmamızın həyat qabiliyyətini sübut etdik. Amma bu, hələ başlanğıcdır”.

“Quarterhorse Mk 1” yüksək sürətli, ekipajsız sistemin əsas uçuş performansını təsdiq etməyə yönəlmiş bir sıra sınaq uçuşları uğurla başa vurub.

Şirkət qeyd edib ki, qalxma və eniş yüksək hündürlükdə uçuş üçün nəzərdə tutulmuş təyyarələrdə unikal problemlərdir və sınaqların bu mərhələsi gələcək dizaynlar üçün çox vacibdir.

Şirkət hipersəs qabiliyyətinə doğru irəliləyişi sürətləndirmək üçün “ildə bir təyyarə” istehsal sürətini hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Quarterhorse-Mk-1   PUA  


Bizi "telegram"da izləyin