Tramp Putinlə görüşəcəyinə əmindir

2025/05/1747458087.jpg
Oxunub: 474     03:43     17 May 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya – Ukrayna müharibəsinin həlli üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşün təşkili və keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib.

Ordu.az xəbər verir ki, ABŞ lideri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz razılaşacağıq, görüşməliyik, düşünürəm ki, bunu planlaşdıra bilərik”, - o, mövzu ilə bağlı suala cavabında deyib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri asan olmayıb.

"Onun dedikləri xoşuma gəlmədi, işləri daha da mürəkkəbləşdirirdi. Mən həmişə deyirdim ki, onun əlində kart yoxdur, həqiqətən də əlində kart yoxdur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin