ABŞ dövlət katibi: Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur

2025/03/1741975844.jpg
Oxunub: 380     10:53     15 May 2025    
Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üçün istənilən mexanizmi alqışlayır.

“NATO-nun daha da güclənmək imkanı var. Tramp bizi Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə aparan istənilən mexanizmə açıqdır. Yaxın bir neçə gündə irəliləyiş görmək istəyirik. Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur”, - Rubio qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin