Rusiyada məktəblərə hücumlar təşkil edən altı nəfər saxlanılıb

2024/04/1712653570.jpg
Oxunub: 460     10:28     15 May 2025    
Rusiyanın beş şəhərində hücumlar hazırlayan altı nəfər saxlanılıb.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Onların Moskva və Tümendəki təhsil müəssisələrinə hücumların, Kemerovo və Rostovda zorakı aksiyaların hazırlanmasında iştirak etdikləri bildirilir.

"Güc strukturları 81 regionda gənclər arasında zorakılıq, kütləvi qətl və intihar ideologiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər keçirib. “Telegram”da neonasist və terror ideologiyasını yayan 57 kanal və çat administratorunun fəaliyyəti dayandırılıb", - qurumdan qeyd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Məktəb   FTX  


Bizi "telegram"da izləyin