Xudatyan və Uraloğlu Ermənistan-Türkiyə nəqliyyat əlaqələrinin bərpasını müzakirə ediblər

2026/06/1782216608.jpg
Oxunub: 299     15:56     23 İyun 2026    
Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Abdulkadir Uraloğlu “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, görüş zamanı iki ölkə arasında əvvəllər fəal istifadə olunan dəmir yolu və avtomobil nəqliyyatı əlaqələrinin bərpası istiqamətində aparılan işlər müzakirə olunub.

Uraloğlu bildirib ki, Türkiyə tərəfi öz ərazisində zəruri texniki xidmət və hazırlıq işlərinə başlayıb. Həmçinin Ermənistan tərəfinin hazırlıq və tender prosedurlarının gedişi də qiymətləndirilib.

Məlumata görə, görüşdə Qars ilə Ani arasında yerləşən tarixi Ani körpüsünün bərpası məsələsinə də toxunulub. Tərəflər ortaq tarixi irsin mühüm abidələrindən biri hesab olunan körpünün yenidən istifadəyə verilməsi istiqamətində mümkün addımları müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin