Brüsseldə Aİ və Qazaxıstan arasında sazişlər paketi imzalanıb

2026/05/1779474489.jpg
Oxunub: 175     15:05     23 İyun 2026    
Avropa İttifaqı (Aİ) və Qazaxıstan iyunun 23-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Brüsselə səfəri çərçivəsində nəqliyyat, infrastruktur, sənaye və aviasiya sahələrində əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.

Ordu.az "Report"a istinadən xəbər verir ki, imzalanma mərasimi Aİ rəhbərliyinin və Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilib.

İmzalanmış sənədlər arasında Aİ və Qazaxıstan arasında hava əlaqəsi haqqında saziş, Orta dəhliz çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə kredit sazişi, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq haqqında iki memorandum, eləcə də Qazaxıstanın "Air Astana" aviaşirkətinə "Airbus" təyyarələrinin tədarükünə dair kommersiya müqaviləsi yer alır.

Sənədlərin imzalanması Aİ və Qazaxıstan arasında iqtisadi, nəqliyyat və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsini əks etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan    


Bizi "telegram"da izləyin