Türkiyə müdafiə sənayesi ölkə ixracatına töhfəsini artırır

2026/06/1782222876.jpg
Oxunub: 251     17:42     23 İyun 2026    
Türkiyənin müdafiə və aviasiya sənayesinin aparıcı şirkətləri ixrac göstəricilərini artıraraq ölkə sənayesində mövqelərini daha da gücləndirirlər.

Ordu.az xəbər verir ki, bu barədə İstanbul Sənaye Palatasının açıqladığı 2025-ci ilin “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi” araşdırmasında qeyd olunub.

Araşdırmaya əsasən, müdafiə və aviasiya sənayesində fəaliyyət göstərən 13 şirkətdən ixrac məlumatları açıqlanan 11 şirkətin ümumi ixrac həcmi 6 milyard 773 milyon dollara çatıb.

İxracatda lider mövqeni “ARCA Savunma” tutub. Şirkət 2 milyard 916 milyon 425 min dollarlıq ixrac həyata keçirərək ümumi ixrac sıralamasında 5-ci yerdə qərarlaşıb.

TUSAŞ 1 milyard 33 milyon 727 min dollarlıq ixracla 14-cü, “Otokar” 891 milyon 558 min dollarla 17-ci, ROKETSAN isə 733 milyon 536 min dollarla 22-ci yerdə qərarlaşıb.

ASELSAN-ın ixracı 492 milyon 75 min dollar təşkil edib və şirkət ümumi siyahıda 29-cu pillədə yer alıb. Beləliklə, ARCA, TUSAŞ, “Otokar”, ROKETSAN və ASELSAN İSO 500 ixrac sıralamasında ilk 30 şirkət arasında yer almağı bacarıblar.

Araşdırmada həmçinin “Alp Havacılık”, “Nurol Makina”, “Samsun Yurt Savunma”, MKE, HAVELSAN və BMC kimi şirkətlərin də beynəlxalq bazarlarda fəaliyyətlərini genişləndirdiyi vurğulanıb.

Hesabatda qeyd olunur ki, müdafiə və aviasiya sənayesi şirkətlərinin ixrac göstəriciləri sektorun yalnız əsas podratçılarla deyil, həm də quru platformaları, sursat istehsalı, elektronika və aviasiya alt sistemləri üzrə geniş ekosistemlə qlobal bazarda mövqeyini gücləndirdiyini nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin