Layihə STM-in baş podratçılığı ilə həyata keçirilən müqavilə çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin suüstü döyüş imkanlarını artıracaq yeni platformanın yaradılması üçün nəzərdə tutulub. Layihə çərçivəsində yerli mühəndislik potensialına, yüksək manevr qabiliyyətinə, dayaz sularda fəaliyyət imkanına və müasir silah-sensor inteqrasiyasına malik Hücum Qayığının istifadəyə verilməsi planlaşdırılır.
“Türk” Tipli Hücum Qayığının tarixi və məqsədləri
Müqavilə: “Türk” Tipli Hücum Qayığı Layihəsi Mərhələ-1 Müqavilə Layihələndirmə Müqaviləsi” 2020-ci il avqustun 31-də Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə STM Savunma arasında imzalanıb.
Prototipin inşası üçün müqavilə: 2024-cü il sentyabrın 9-da bir ədəd prototip Hücum Qayığının tədarükü ilə bağlı müqavilə bağlanıb. Gəminin “İstanbul Dənizçilik A.Ş.”nin gəmiqayırma zavodunda inşa olunacağı açıq şəkildə bildirilib.
İlk polad lövhənin kəsilməsi: 2025-ci il iyulun 8-də həyata keçirilib.
Layihənin əsas məqsədləri: Türkiyə Hərbi Dəniz Qüvvələri üçün suüstü əməliyyat imkanlarının artırılması, xüsusilə sahil və dayaz sularda fəaliyyət, aşağı radar və infraqırmızı iz xüsusiyyəti, yüksək sürət və manevr qabiliyyəti, hava hücumundan müdafiə, uzaq mənzilli tuşlanan sursatlarla hücum imkanları, freqatlar və helikopterlərlə koordinasiyalı fəaliyyət qabiliyyəti. Bundan əlavə, mümkün olan ən yüksək yerli istehsal payına (80%-dən artıq) nail olunması hədəflənir.
Texniki xüsusiyyətlər
Aşağıda Milli Hücum Qayığının açıqlanmış texniki xüsusiyyətləri təqdim olunur:
Avadanlıq, silah sistemləri və sensorlar
Milli Hücum Qayığı öz missiya profilini dəstəkləyən imkanlarla təchiz olunub.
Silah sistemləri
- 76 mm-lik baş top
- “Səth-səth” idarə olunan sursat sistemi
- Yaxın Məsafəli Hava Hücumundan Müdafiə Sistemi (PDMS)
- 2 ədəd 12,7 mm uzaqdan idarə olunan stabilləşdirilmiş pulemyot sistemi
- 2 ədəd “Chaff/Dekoy” sistemi
Sensorlar, rabitə və digər sistemlər
- Döyüş İdarəetmə Sistemi (SYS), NATO və Milli TDL (Link 11-22)
- 3D axtarış radarı (IFF ilə birlikdə)
- “Ka”-Diapazon UMS
- X-Diapazon UMS
- LPI radarı
- Radioelektron Dəstək Sistemi
- Radioelektron Mübarizə Sistemi
- A/K radarı (TV/IR/LRF daxil EO kompleksi)
- Elektro-optik direktor sistemi
- İnfraqırmızı Axtarış və İzləmə Sistemi
- Lazer Xəbərdarlıq Sistemi
- IFF (Mode 5 daxil olmaqla) və Gəmi Məlumatlarının Paylanması Sistemləri (GEBİS)
- Naviqasiya sistemləri: 2 ədəd naviqasiya radarı, GPS/DGPS, 2 ədəd INS giroskopu, ECDIS/AIS və s.
Layihə xüsusiyyətləri və əməliyyat imkanları
Dayaz sularda fəaliyyət qabiliyyəti
Layihə çərçivəsində gəminin dayaz sularda fəaliyyət göstərə bilməsi nəzərdə tutulur. Aşağı suya oturma dərəcəsi (təxminən 2,50 m) sayəsində sahil bölgələrində, liman girişlərində və məhdud dərinliyə malik ərazilərdə üstünlük qazanması planlaşdırılır.
Aşağı radar və infraqırmızı iz xüsusiyyətləri
Radara görünmə sahəsi və infraqırmızı iz baxımından daha az görünən platforma yaradılması üçün xüsusi layihələndirmə həlləri tətbiq olunacaq.
Dəniz şəraitinə davamlılıq
Tam yüklənmiş vəziyyətdə minimum 2 metr dalğa hündürlüyündə fəaliyyət göstərməsi, marşrut sürət məhdudiyyətləri daxilində isə 3-4 metr hündürlüyündə dalğalar şəraitində atəş açmaq imkanına malik olması nəzərdə tutulur.
Manevr qabiliyyəti və sürət
Maksimum sürətin 39+ düyün olması planlaşdırılır. Bu göstərici sürətli hücum, geri çəkilmə və sahil müdafiəsi kimi yüksək sürət və manevr tələb edən missiyalar üçün mühüm üstünlük hesab olunur.
Yerli material və texnologiyalardan istifadə
Layihənin mühüm istiqamətlərindən biri yerli tədarük və milli layihələndirmə yanaşmasıdır.
- Gəmi korpusunun formasından silah sistemlərinə, sensorlardan döyüş idarəetmə sisteminə qədər layihənin əsas komponentlərinin yerli imkanlarla hazırlanması nəzərdə tutulur.
- Elektrik sisteminin layihələndirilməsi və əsas hərəkətverici sistemlər kimi kritik infrastruktur elementləri də layihəyə daxildir.
Missiya profilləri və istifadə ssenariləri
Milli Hücum Qayığının aşağıdakı vəzifələr üçün istifadə olunması nəzərdə tutulur:
- Sahil müşahidəsi və patrul missiyaları
- Dəniz səlahiyyət zonalarının qorunması
- Düşmən hədəflərinə uzaq mənzilli tuşlanan sursatlarla hücum
- Freqatlar və helikopterlər kimi daha böyük platformalarla koordinasiyalı fəaliyyət
- Gözləmə və gizlənmə mövqelərində yerləşərək aşkarlanma və identifikasiya imkanlarının çətinləşdirilməsi
Potensial imkanlar
- Türkiyənin müdafiə sənayesində mühüm boşluğu doldurması və xarici asılılığın azalması
- Regional dəniz qüvvələri balansına töhfə verməsi, NATO və Aralıq dənizi hövzəsində çəkindirmə imkanlarının güclənməsi
- Yerli texnologiyaların və tədarük mənbələrinin inkişaf etdirilməsi
Potensial çətinliklər
- Prototipin inşası, sınaqları və seriyalı istehsala keçid mərhələlərində texniki risklər mövcud ola bilər. Bunlara yüksək sürətli su reaktiv sistemlərinin etibarlılığı, su keçirməzlik, konstruktiv möhkəmlik və gəminin hərəkəti zamanı atəş açarkən sabitliyin qorunması daxildir.
- Əməliyyat xidməti, logistika dəstəyi və şəxsi heyətin hazırlığı kimi davamlı istismar proseslərinin planlaşdırılması tələb olunur.
Milli Hücum Qayığı Layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələri üçün həm texniki, həm də konseptual baxımdan mühüm addım hesab olunur. Yüksək sürət, manevr qabiliyyəti, dayaz sularda fəaliyyət imkanı, təkmilləşdirilmiş silah-sensor inteqrasiyası və yüksək yerlilik səviyyəsi layihəni müasir Hücum Qayığı tələblərinə uyğunlaşdırır. Prototipin və sınaq proseslərinin uğurla tamamlanacağı təqdirdə layihənin seriyalı istehsal mərhələsinə keçməsi gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az