İran XİN başçısı Pakistanda məsləhətləşmə aparıb

2026/06/1780661070.jpg
Oxunub: 173     15:57     23 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda regional məsələlərə dair məsləhətləşmə aparıb.

Ordu.az xəbər verir ki, məlumatı "Tasnim" informasiya agentliyi yayıb.

Bildirilib ki, A.Əraqçi Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Məhəmməd Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshak Darla İslamabadda regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Xatırladaq ki, görüş İran Prezidenti Məsud Pezeşkianın Pakistana nəzərdə tutulan səfərindən əvvəl keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin