Tramp: “ABŞ İranın dəniz blokadasını aradan qaldırıb”

2026/06/1782210444.jpg
Oxunub: 197     17:25     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın dəniz blokadasını aradan qaldırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu qərar Tehranın nüvə proqramı ilə bağlı verdiyi güzəştlərdən sonra qəbul olunub.

“İranın etdiyi bu və digər mühüm güzəştlər əsasında mən Hörmüz boğazının açılmasına və əlavə dəniz blokadasının tətbiq edilməməsinə razılıq verdim”, - deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, bütün hərbi gəmilər öz mövqelərində qalır və zərurət yaranacağı təqdirdə blokada yenidən bərpa oluna bilər.

Bununla belə, onun fikrincə, hazırkı vəziyyətdə belə bir ehtimal son dərəcə aşağıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin