Ermənistanda yeni parlamentə kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr davam edir

2026/06/1782221753.jpg
Oxunub: 176     17:34     23 İyun 2026    
Avqust ayında formalaşacaq yeni Ermənistan parlamentinin sədrinin kim olacağı hələ dəqiqləşməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, parlament sədri postu uğrunda hakim “Vətəndaş Müqaviləsi” partiyasının üç nümayəndəsi mübarizə aparır.

“Bunlar hazırkı parlament sədri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və fraksiya rəhbəri Hayk Koncoryandır”, - deyə nəşr qeyd edib.

Partiya idarə heyətinin üzvü Vilen Qabrielyan bildirib ki, namizədlərlə bağlı qərar müzakirələrdən sonra veriləcək.

“Bu, müzakirə və seçim prosesidir. Fərqli fikirlər dinlənəcək və yekun qərar qəbul olunacaq”, - deyə o qeyd edib.

“Öz namizədliyini irəli sürmə mərhələsi artıq başa çatsa da, partiyadaxili səsvermənin dəqiq tarixi və formatı hələ müəyyən edilməyib. Məlumata görə, Alen Simonyan və Ruben Rubinyan “Vətəndaş Müqaviləsi”nin köhnə üzvlərindən hesab olunur. Hayk Koncoryan isə hakim komandaya 2018-ci il parlament seçkilərindən əvvəl qoşulub.

“Azadlıq” radiosunun mənbələri bildirirlər ki, əvvəlki partiyadaxili səsvermələrdə daha çox səs toplamasına baxmayaraq, hazırda Koncoryanın parlament sədri seçilmək şansları yüksək qiymətləndirilmir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin