ABŞ-nin daimi hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələ bilər

2026/06/1782221699.jpg
Oxunub: 220     17:31     23 İyun 2026    
Polşa ərazisində ABŞ-nin daimi hərbi bazasının yaradılması ölkəyə təxminən 3,2 milyard dollara başa gələ bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” portalı Polşa hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi baza sıfırdan ya Poznan bölgəsində, ya da Vrotslav yaxınlığında inşa ediləcək. Bu ərazilərin seçilməsi burada iri hava limanlarının mövcudluğu ilə izah olunur.

Layihəyə əsasən, ABŞ hərbçiləri ilə birlikdə onların ailə üzvləri də Polşaya köçəcək. Buna görə bazanın ətrafında təxminən 25 min nəfərin yaşayışı üçün zəruri infrastruktur yaradılmalıdır.

Bu sayın 11-15 min nəfərini hərbi personal təşkil edəcək.

Hazırda Polşa ərazisində əsasən rotasiya prinsipi ilə xidmət edən təxminən 10 min ABŞ hərbçisi yerləşir.

Xatırladaq ki, 2026-cı il iyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ müharibə naziri Pit Heqsetə ölkədə yeni daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin