İran: Trampın açıqlamaları İsveçrə danışıqlarını təhlükə altına qoyub

2026/06/1782210444.jpg
Oxunub: 167     14:22     23 İyun 2026    
İran ABŞ Prezidenti Donald Trampın açıqlamalarının İsveçrədə keçirilən danışıqlara ciddi zərbə vurduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Əli Bəhrəyni açıqlama verib.

Diplomat bildirib ki, Trampın İranla bağlı səsləndirdiyi fikirlər Bürgenştok danışıqları zamanı müəyyən problemlər yaradıb və danışıqlar prosesini ciddi təhlükə altına salıb.

“ABŞ prezidentinin bəyanatları Bürgenştok danışıqları zamanı müəyyən çətinliklər yaradıb. Bu açıqlamalar danışıqları çox ciddi təhlükə altında qoyub”, - deyə Bəhrəyni bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqton İranla danışıqlar aparmağa və mövcud problemləri diplomatik yolla həll etməyə hazır olduğu müddətdə Tehran da dialoqu davam etdirəcək.

İran nümayəndəsi hesab edir ki, artıq hər kəs başa düşməlidir ki, hərbi üsullar İranla bağlı məsələlərin həllinə gətirib çıxarmayacaq.

“İrana münasibətdə hərbi vasitələr heç bir nəticə verməyəcək. Hərbi fəaliyyət variantı mümkün seçimlər sırasından tamamilə çıxarılmalıdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin