Lavrov Ukrayna ilə bağlı tədbirdə nalayiq ifadə işlədib

2026/06/1780599407.jpg
Oxunub: 181     15:46     23 İyun 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı” mövzusuna həsr olunmuş 12-ci dəyirmi masa iclası zamanı nalayiq ifadə işlədib.

Ordu.az xəbər verir ki, bu barədə “Abzats” nəşri məlumat yayıb.

Məlumata görə, insident nazirin Yəməndən olan jurnalisti başqa ölkənin media nümayəndəsi ilə səhv salmasından sonra baş verib.

Hadisənin detalları açıqlanmasa da, nəşr Lavrovun yaranmış anlaşılmazlıq fonunda emosional reaksiya verdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ukrayna  


Bizi "telegram"da izləyin