Cənubi Koreya Ukraynadakı bütün şimali koreyalı hərbi əsirləri qəbul etməyə hazırdır

2025/03/POWS2-1742218077.jpg
Oxunub: 191     15:49     23 İyun 2026    
Cənubi Koreya Ukraynada əsir götürülmüş və Rusiya tərəfində döyüşmüş bütün Şimali Koreya hərbçilərini qəbul etməyə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, əgər əsirlər belə istək ifadə etsələr, Seul onları qəbul etməyə hazırdır.

Cənubi Koreya tərəfi vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikasının vətəndaşlarının zorla Rusiyaya və ya Şimali Koreyaya qaytarılmasına qarşıdır.

Rəsmi açıqlamada qeyd olunub ki, hərbi əsirlərin gələcək taleyi yalnız onların şəxsi iradəsi əsasında müəyyən edilməlidir.

Məlumata görə, məsələ ilə bağlı Cənubi Koreya və Ukrayna xarici işlər nazirləri arasında görüşün 2026-cı il iyunun 30-da Seulda keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Ukrayna  


Bizi "telegram"da izləyin