Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Əli Bəhrəyni Cenevrədə keçirdiyi brifinqdə danışıb.
Diplomat bildirib ki, İran rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantlara hazırdır və məhz buna görə danışıqlar prosesini davam etdirir.
“Bütün ölkəmiz hadisələrin istənilən inkişafına və ya hər hansı ssenariyə hazırdır. Elə buna görə də danışıqlar aparırıq. Hər dəfə onlar hücum etdikdə dərhal cavab veririk və bundan sonra da belə davranacağıq”, - deyə Bəhrəyni bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlar apararkən ABŞ-yə etibar etmir və bunun üçün kifayət qədər əsas görür.
“Biz kiminlə danışıq apardığımızı yaxşı bilirik. ABŞ-yə etibar etmək üçün heç bir əsasımız yoxdur, əksinə, etimadsızlıq üçün çoxlu səbəblər var. Buna görə də danışıqları son dərəcə ehtiyatla aparırıq”, - deyə İran nümayəndəsi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az