Ordu.az xəbər verir ki, rəsmi səfərlə Ankarada olan monqolustanlı nazir Türkiyə Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanıb.
İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Batlut Damba fəxri qarovul dəstəsini salamlayıb.
Mərasimdən sonra nazirlər arasında mətbuata qapalı görüş keçirilib.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Yaşar Gülər və Batlut Damba əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra tərəflər “Hərbi Təhsil Əməkdaşlığı Sazişi”ni imzalayıblar.
Sazişin iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az