ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb

2025/03/1741503808.jpg
Oxunub: 595     23:05     14 May 2025    
ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkəsində məlumat verib.

“Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə kömək etmək üçün sanksiyaları yumşaltmaq üçün addımlar atır”, o yazıb.

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriyaya qarşı sanksiyaları dayandıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin