NATO Baş katibi: "Yaxın iki həftə ərzində Ukraynada vəziyyət yaxşılaşa bilər"

2025/04/1743851275.jpg
Oxunub: 581     20:34     14 May 2025    
NATO-nun Baş katibi Mark Rutte İstanbulda sülh danışıqlarının perspektivini şərh edərkən yaxın günlərdə Ukraynada vəziyyətin yaxşılaşmasının mümkünlüyünü vurğulayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “Anadolu” agentliyinə açıqlamasında bildirib.

“Düşünürəm ki, bu həftə, eləcə də növbəti 10 gün, iki həftə ərzində Ukraynada vəziyyəti həqiqətən də yaxşılaşdırmaq imkanı var. Təbii ki, Prezident Zelenskinin rəhbərliyi altında, həm də Amerika hökumətinin böyük təsiri altında. Türkiyə bu məsələdə böyük rol oynayır”, - Rutte deyib.

O, eyni zamanda Türkiyənin İstanbulda Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan sülh danışıqlarındakı rolunu yüksək qiymətləndirib. Rutte Türkiyənin müdafiə sənayesinin NATO üçün əhəmiyyətini də vurğulayıb.

Qeyd edək ki, Zelenski cümə axşamı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini və Putinin ora gələcəyi təqdirdə İstanbula birlikdə uçmaq barədə razılığa gəldiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   Ukrayna  


Bizi "telegram"da izləyin