Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Brüsseldə imzalanmış sazişə əsasən, Almaniya, Latviya və Norveç DM 22 tank əleyhinə minalarının çoxtərəfli tədarükü üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Almaniya Bundesverə (Almaniya Silahlı Qüvvələri) və 2027-ci ilin əvvəlində başlaması planlaşdırılan digər müttəfiq qüvvələrə çatdırılma ilə razılaşmanı əlaqələndirir.
Bundesver 2023-cü ildə 2600 DM 22 tank əleyhinə minasının alınması üçün çərçivə sazişi imzalayıb.
Yeni imzalanmış “Müəssisələrin Təchizat Müqaviləsi” sayəsində tərəfdaş ölkələr Almaniyanın mövcud çərçivə sazişi əsasında DM 22 tank əleyhinə minalarını müstəqil şəkildə ala biləcəklər.
Sevinc Əliyeva
Ordu.az