Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

2025/03/38eb4-1741325142.jpg
Oxunub: 334     03:55     07 Mart 2025    
Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib.

"Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib.

Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Macarıstan  


Bizi "telegram"da izləyin