Türkiyənin vasitəçilik təcrübəsi Afrika Buynuzu bölgəsində Somali ilə Efiopiya arasındakı gərginliyin həllində də özünü göstərib. Rusiya-Ukrayna müharibəsinin əvvəlindən münaqişənin humanitar aspektlərini yumşaltmağa çalışan Türkiyə, xüsusilə əsir mübadiləsi prosesində və Taxıl Dəhlizi Sazişinin əldə olunmasında mühüm rol oynayıb.
Türkiyənin ABŞ, Ukrayna və Rusiya ilə tarazlaşdırılmış və konstruktiv əlaqələri onun vasitəçilik rolunu gücləndirən əsas amildir. Ankara Rusiya ilə dialoq kanallarını açıq saxlayarkən, Qərb blokundakı müttəfiqləri ilə də güclü əlaqələrini qoruyub saxlaya bilən nadir ölkələrdəndir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüskar və humanist diplomatiya Türkiyəni regional aktor səviyyəsindən beynəlxalq sülh prosesinin əsas iştirakçısına çevirib.
Son dövrdə həyata keçirilən yüksək səviyyəli görüşlər - Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri və Rusiya XİN naziri Lavrovun Ankaradakı təmasları Türkiyənin diplomatik mərkəz rolunu daha da möhkəmləndirib. ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyaddan sonra İstanbulda keçiriləcək görüşləri də Türkiyənin qlobal danışıqlar prosesində etibarlı tərəfdaş olduğunu göstərir.
İstanbul danışıqları təkcə regional sabitlik baxımından deyil, qlobal sülh üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə münaqişə tərəflərini məqbul əsaslarla bir araya gətirmək potensialına malik olan yeganə ölkədir. İstanbulda davam etdiriləcək danışıqlar Türkiyənin etibarlı vasitəçi mövqeyini bir daha təsdiqləyəcək və sülhə gedən yolda mühüm mərhələ olacaq.
Türkiyənin bölgədəki humanitar yardımları və yenidənqurma prosesinə verə biləcəyi töhfələr, xüsusilə də sülhün davamlı olması baxımından göstərdiyi səylər, onu post-münaqişə dövründə də fəal iştirakçı kimi önə çıxaracaq. Türkiyə həmçinin ABŞ prezidenti və Rusiya prezidenti arasında mümkün görüşə ev sahibliyi etmək üçün ən münasib məkan kimi də dəyərləndirilir.
Türkiyə əvvəlki təcrübəsində olduğu kimi, bu prosesdə də sülh və sabitliyin bərqərar olması üçün bütün imkanlarını səfərbər edəcək və üzərinə götürdüyü məsuliyyəti qətiyyətlə yerinə yetirəcək. Ölkənin həm Rusiya, həm də Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı bu qərəzsiz və konstruktiv rolu daha da gücləndirir. Bu vəziyyət Türkiyəni təkcə danışıqlar masasında vasitəçi deyil, həm də həll prosesinin ayrılmaz tərkib hissəsinə çevirir.
Son günlərdə baş verən yüksək səviyyəli təmaslar Türkiyənin sülh prosesində oynayacağı rolun əhəmiyyətini bir daha ortaya qoyur. Ukrayna Dövlət Başçısı Volodimir Zelenskinin Türkiyəyə səfəri və ardınca Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ankara təmasları, Türkiyənin diplomatik mərkəz mövqeyini gücləndirən hadisələr kimi qarşımıza çıxır. Bu görüşlərin ardınca ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyaddan sonra İstanbulda bir araya gəlməsi, Türkiyənin təkcə regional aktor deyil, qlobal müzakirə proseslərində də etibarlı yer olduğunu göstərir. Tərəflərin qırmızı xətlərini ən yaxşı bilən ölkələrdən biri olaraq Türkiyə bu bilik və təcrübə ilə danışıqlar masasında ədalətli və davamlı həll üçün həlledici rol oynayacaq. Beynəlxalq hüquqa uyğun, tərəflərin narahatlıqlarını nəzərə alan və daimi sülhün təmin edilməsini hədəfləyən yanaşmaları sayəsində Türkiyə danışıqlar prosesinin uğuru üçün mühüm əhəmiyyətə malikdir.
Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasına yönəlik Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci tur görüşlərinə ev sahibliyi etməsi, təkcə regional sabitlik axtarışı deyil, eyni zamanda qlobal sülh naminə mühüm addımdır. Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşlərdən sonra İstanbulda bir araya gəlməsi, tərəflərin diplomatik əlaqələrin yüksək səviyyədə yenidən qurulması və razılaşma detallarını aydınlaşdırma mövzusundakı qətiyyətlərini və Türkiyəyə olan etimadlarını göstərir. Həm sahədəki reallıqları bilən, həm də diplomatik təcrübəsi ilə prosesi istiqamətləndirə bilən bir aktor olaraq Türkiyə tərəfləri məqbul zəmində birləşdirmə potensialına malikdir. İstanbulda davam edəcək danışıqlar, Türkiyənin bu etibarlı vasitəçi mövqeyinin altını bir daha cızacaq və sülhə gedən yolda mühüm mərhələ olacaq. Xüsusilə sülhün davamlı olması baxımından Türkiyənin bölgədəki humanitar yardımları və yenidənqurma prosesinə təqdim edə biləcəyi dəstək, onun sülh sonrası dövrdə də fəal qüvvə olaraq önə çıxmasına töhfə verəcək. Həmçinin Türkiyə Tramp ilə Putin arasında keçiriləcək mümkün görüşə ev sahibliyi etmək üçün ən uyğun yerlərdən biri olaraq önə çıxır. Türkiyə keçmişdə olduğu kimi bu prosesdə də sülh və sabitliyin təmin edilməsinə yönəlik bütün imkanlarını səfərbər edəcək və üzərinə götürdüyü məsuliyyəti qətiyyətlə yerinə yetirəcək.
Sevinc Əliyeva
Ordu.az