Ərdoğan Starmerlə Rusiya – Ukrayna müharibəsini müzakirə edib

2025/03/058d2-1740802439.jpg
Oxunub: 427     23:16     28 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında Rusiya – müharibəsini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin məbuat xidməti məlumat yayıb.

“Prezident Ərdoğan İngiltərə Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir”, – məlumatda qeyd olunub.

Bundan başqa, Türkiyə lideri ölkəsinin “indiyədək etdiyi kimi, danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır” olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Starmer   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin