Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.
“Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və savaşı dayandırmaq istəyirik. Siz “mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz”, – ABŞ Prezidenti səsini ucaldaraq söyləyib. Bundan başqa, dialoq zamanı Trampın yanında olan vitse-prezident Cey Di Vens əlavə edib: “Heç bir dəfə də olsun “sağ ol” deyibsiniz?”.
***
ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.
Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.
Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.
“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, - Tramp qeyd edib.
Ordu.az