Almaniya XİN: Öcalanın PKK ilə bağlı çağırışı tarixi fürsətdir

2025/02/1jpg--1740716356.jpg
Oxunub: 529     00:43     28 Fevral 2025    
Almaniya PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdaşlarına silahı yerə qoymaqla bağlı çağırışına münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik bunun tarixi fürsət olduğunu qeyd edib.

Vurğulanıb ki, başqa addımların da atılmasına ehtiyac var. Rəsmi Berlin prosesə dəstək verməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   PKK   Terror  


Bizi "telegram"da izləyin