Ordu.az “Defence Blog”a istinadən xəbər verir ki, bəyanat Zelenskinin yerli hərbi istehsalın sürətlə genişləndiyini vurğuladığı mətbuat konfransı zamanı verilib.
“Ötən il biz 154 yerli artilleriya sistemi istehsal etmişik. Bu, rekorddur. Bir il ərzində 154 sistem. Fikrimizcə, bu, NATO ölkələrinin ötən il istehsal etdiklərinin cəmindən daha çoxdur. Bu il daha çox istehsal edəcəyik”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, 2024-cü ilin mayında verilən rəsmi açıqlamalar Ukraynanın müdafiə istehsalının ayda 10 “Bohdana” özüyeriyən haubitsası sürətinə çatdığını göstərirdi.
Oktyabr ayına qədər bu istehsalın ayda 20 “Bohdana” təkərli özüyeriyən artilleriya qurğusuna qədər artdığı bildirilib və bu, istehsal gücünün artması tendensiyasının davam etdiyini ortaya qoyub.
Daha öncə Danimarka Ukrayna silahlı qüvvələrinə təhvil verilən Ukrayna istehsalı olan 18 “Bohdana” artilleriya sistemlərinin satın alınmasını maliyyələşdirib.
Sevinc Əliyeva
Ordu.az