HƏMAS İsrailin azadlığa buraxmalı olduğu 90 fələstinli məhbusun siyahısını gözlədiyini bəyan edib

2025/01/1736006456.jpg
Oxunub: 633     16:08     19 Yanvar 2025    
HƏMAS Qəzzada atəşkəsə dair razılaşma çərçivəsində İsrailin bu gün azad etməli olduğu 90 məhkumun siyahısını gözləyir.

Ordu.az-ın xəbərinə görə, bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib.

Bəyanatda nəzərə çatdırılıb ki, razılaşmaya əsasən, azadlığa buraxılacaq bir israilli girovun müqabilində 30 fələstinli azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HƏMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

HƏMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin