Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb

2024/12/1734018275.jpg
Oxunub: 512     23:14     06 Yanvar 2025    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Kanadanın Baş naziri Castin Trüdonun Liberal Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra bəyan edib.

Qeyd edək ki, C. Trüdo bu gün Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.

Xatırladaq ki, D.Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Respublikaçıların lideri Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergilərin 60 %-dən çox azaladacağını söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kanada   ABŞ  


Bizi "telegram"da izləyin