Ordu.az xəbər verir ki, bu barədə DR telekanalı məlumat yayıb.
Bildirilib ki, parlament sənədi sürətləndirilmiş prosedur əsasında nəzərdən keçirdikdən sonra 2026-cı il iyunun 25-də qətnamənin lehinə səs verib.
Danimarkanın bu missiyaya töhfəsi təxminən 10 nəfərlik hərbi qrupun göndərilməsindən ibarət olacaq. Qrupun tərkibinə qərargah zabitləri, pilotsuz uçuş aparatlarının texniki xidmət üzrə mütəxəssisləri və hərbi tərcüməçilər daxil ediləcək.
Bundan başqa, missiya çərçivəsində Danimarka yerləşdirilən qüvvələrin informasiya təhlükəsizliyini təmin etmək üçün kibertəhlükəsizlik üzrə mütəxəssislər də göndərəcək.
Kopenhagen öz şəxsi heyətini iki mövcud strukturun, yəni Hörmüz boğazında fəaliyyət göstərən Avropa çoxtərəfli hərbi missiyasının və Avropa İttifaqının dəniz əməliyyatının tərkibinə inteqrasiya edəcək.
Missiyanın əsas məqsədi Hörmüz boğazı və ona bitişik Qırmızı dəniz bölgəsində dəniz təhlükəsizliyini gücləndirmək və sərbəst gəmiçiliyi bərpa etməkdir.
Səsvermə zamanı parlamentdəki siyasi partiyaların əksəriyyəti hökumətin təşəbbüsünü dəstəkləyib.
Bununla yanaşı, Danimarka Xalq Partiyası, Qırmızı-Yaşıl Alyans, Vətəndaşlar Partiyası, eləcə də iki müstəqil deputat qərarın əleyhinə səs verib.
Sevinc Əliyeva
Ordu.az