Vasilyev: “Ermənistan KTMT-nin ümumi büdcəsinin 10%-ni təşkilata ödəməlidir”

2025/09/1756914813.jpg
Oxunub: 226     09:40     26 İyun 2026    
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ümumi büdcəsindəki payı 10% təşkil edir”.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 26-da Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Diplomat qeyd edib ki, Ermənistan artıq iki ildir təşkilata ödəməli olduğu məbləği köçürmür.

“Ermənistan tərəfinin ödəməli olduğu həmin 10%-lik məbləğ artıq iki ildir ödənilmir”, - deyə o, “RIA Novosti” agentliyinə açıqlamasında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin