ABŞ və Körfəz ölkələri Hörmüzdə tariflərin tətbiq edilməsi ehtimalını rədd ediblər

2026/03/1773298624.jpg
Oxunub: 212     23:01     25 İyun 2026    
ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiq edilməsi cəhdlərini rədd ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

"Nazirlər Hörmüz boğazının açılmasının vacibliyini vurğulayaraq qeyd ediblər ki, qeyd-şərtsiz və məhdudiyyətsiz gəmiçilik azadlığı <...> regional və qlobal təhlükəsizlik üçün əsas olaraq qalır. Nazirlər boğaz üzərində hər hansı bir rüsum, vergi tətbiq etməyi və ya nəzarəti ələ keçirmə cəhdlərini rədd ediblər", - deyə sənəddə qeyd edilib.

Tərəflər həmçinin Omanın və Beynəlxalq Dəniz Təşkilatının (IMO) boğazda qalan 11 mindən çox dənizçinin təxliyəsi ilə bağlı birgə təşəbbüsünü alqışlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Körfəz   Hörmüz  


Bizi "telegram"da izləyin