Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Bu bəyanat ravvinlərin dini məktəblərin tələbələrini tank qoşunlarına göndərməyi dayandıracaqları ilə bağlı hədələrindən sonra səsləndirilib. Etirazın səbəbi zirehli qoşunlarda qadınların xidmətə cəlb olunmasını nəzərdə tutan ilkin plan olub.
Zabitlərin buraxılış mərasimində çıxış edən Zamir vurğulayıb ki, ordunun qarşısında cəmiyyətin müxtəlif təbəqələrinin xüsusiyyətlərini nəzərə almaqla vahid sistemin qorunması arasında tarazlıq yaratmaq vəzifəsi dayanır.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri hərbçiləri birləşdirən amilləri gücləndirəcək, onları ayıran məsələlərə isə üstünlük verməyəcək.
“Bu, həm də İsrail Müdafiə Qüvvələrinin qələbə qazanmaq qabiliyyətinin tərkib hissəsidir”, - deyə Zamir əlavə edib.
Sevinc Əliyeva
Ordu.az