İsrail Prezidentini daşıyan helikopter məcburi eniş edib

2026/06/1782411597.jpg
Oxunub: 222     22:16     25 İyun 2026    
İsrail Hərbi Hava Qüvvələrinə məxsus, ölkə Prezidenti İsxak Hersoqu daşıyan helikopter quş sürüsü ilə toqquşduqdan sonra məcburi eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, helikopter Prezidenti Qüdsdə Herzl dağında keçirilən anım mərasimindən ölkənin şimalında planlaşdırılan matəm tədbirinə aparırdı.

Uçuş zamanı helikopter quş sürüsü ilə toqquşub və buna görə də “Palmaxim” aviabazasında məcburi eniş etməli olub.

İsrail Müdafiə Qüvvələri bildirib ki, insident nəticəsində heç kim xəsarət almayıb və hər hansı zədə qeydə alınmayıb.

Məcburi enişdən sonra Prezident İsxak Hersoq və ekipaj başqa helikopterə keçərək nəzərdə tutulduğu kimi uçuşlarını davam etdiriblər.

İsrail ordusu həmçinin bildirib ki, helikopter yoxlanış və texniki xidmət üçün Hərbi Hava Qüvvələrinin müvafiq texniki bölməsinə təhvil verilib və onun mümkün qədər tez yenidən istismara qaytarılması planlaşdırılır.

İnsidentlə bağlı araşdırma davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Prezident   Helikopter  


Bizi "telegram"da izləyin