Üçmüədzindəki “Kilsələr parkı”ndan kilsə və monastır maketləri sökülərək aparılıb

2026/06/1782412222.jpg
Oxunub: 265     22:30     25 İyun 2026    
Erməni ictimai xadim Samvel Dpir Qriqoryan Üçmüədzində yerləşən “Kilsələr parkı”ndan kilsə və monastır maketlərinin götürülməsi ilə bağlı narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qriqoryanın sözlərinə görə, Üçmüədzində bələdiyyə binasının qarşısında yerləşən “Kilsələr parkı”ndan erməni kilsələri və monastırlarının maketləri sökülərək aparılıb.

O bildirib ki, maketlərin kim tərəfindən və hansı səbəbdən söküldüyü məlum deyil.

Qriqoryan həmçinin həmin maketlərin yenidən əvvəlki yerlərinə qaytarılmasının nəzərdə tutulub-tutulmadığı ilə bağlı sual ünvanlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin