Roma Papası münaqişələrdə humanitar qanunlara riayət etməyə çağırıb

2023/04/Roma--1680855332.jpg
Oxunub: 858     09:18     06 Yanvar 2025    
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti münaqişələrdə humanitar qanunlara riayət olunmasını təmin etmək üçün birgə hərəkətə çağırıb.

Ordu.az xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı mülki insanlara, məktəblərə, xəstəxanalara və iş yerlərinə hava zərbələri endirilməsinin dərhal dayandırılmasının zəruriliyini bildirib: “Müharibədə haradasa xəstəxanaların və məktəblərin necə dağıdılmasını görmək çox kədərlidir”.

Fransisk beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki strukturların və ibadət yerlərinin bütövlüyünə hörmət göstərilməsini xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Çağırış  


Bizi "telegram"da izləyin