Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb

2024/07/jurna-1721144838.jpg
Oxunub: 441     08:36     06 Yanvar 2025    
Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrailin hava hücumu nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən xəbər verib.

Qeyd olunur ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat işçilərinin sayı 220-yə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Jurnalist  


Bizi "telegram"da izləyin