Ordu.az xəbər verir ki, bu barədə büronun nümayəndəsi Layonel Mirtil mətbuat konfransında məlumat verib.
“Cabbar 22 iyun - 3 iyul 2023-cü il tarixləri arasında Misirin Qahirə şəhərinə gedib. Bir neçə gün sonra, iyulun 10-da o, Kanadaya, Ontario əyalətinə uçub və iyulun 13-də ABŞ-a qayıdıb. Agentlərimiz onun hara getdiyi, kiminlə görüşdüyü və bu səfərlərin onun Nyu Orleandakı fəaliyyəti ilə necə əlaqəli olduğu ilə bağlı suallara cavab almağa çalışır”,-deyə o bildirib.
Mirtil onu da qeyd edib ki, cinayətkar hücumdan əvvəl iki dəfə - 2024-cü ilin oktyabr və noyabr aylarında Nyu Orleana səfər edib.
İlk səfəri zamanı o, sonradan terror aktı törətdiyi məhəlləni öyrənərkən “Meta”nın videoçəkiliş funksiyası olan eynəyindən istifadə edib.
Xatırladaq ki, yanvarın 1-də Yeni Orleanda avtomobillə insan izdihamına edilən hücumda 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İnsanlarla toqquşmadan sonra Cabbar pikapdan düşərək ətrafa atəş açmağa başlayıb. Polis cavab atəşi açaraq cinayətkarı güllələyib.
Ordu.az