Ordu.az xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur və Nəbatiyyədə atəşkəsin 40-cı günündə 9 dəfə pozuntuya yol verib.
Noyabrın 27-dən bəri İsrail ordusunun hücumlarında 33 nəfər ölüb, 37 nəfər yaralanıb.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bəri 1106-sı qadın və uşaq, həmçinin 222-si tibb işçisi olmaqla azı 4 min nəfər həlak olub, 16 mindən çox insan yaralanıb.
Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması 27 noyabr 2024-cü il tarixində qüvvəyə minib.
Razılaşmaya əsasən, Livan ordusunun 60 gün ərzində Livanın cənubunda İsrail tərəfindən işğal olunmuş bölgələrə mərhələli şəkildə yerləşdiriləcəyi gözlənilir.
Ordu.az